CƏMİYYƏT


Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu tədricən 5-8° enəcək

Bakı, 19 noyabr, AZƏRTAC 

Sinoptiklər ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 20-si axşamdan noyabrın 22-dək havanın qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, arabir intensivləşəcəyi ehtimalı var. Şimal küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu iqlim normasından aşağı olacaq.

Azərbaycanın şimal və şərq rayonlarından başlayaraq noyabrın 20-si axşamdan noyabrın 23-dək hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimal edilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 5-8° enəcək. Çaylarda sululuğun artacağı, xüsusən də Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarında qısamüddətli daşqın olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.