CƏMİYYƏT


Sinoptiklərdən xəbərdarlıq: İyulun 17-si gündüzədək Azərbaycanın rayonlarında hava şəraiti qeyri-sabit olacaq

Bakı, 13 iyul, AZƏRTAC 

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 17-si gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, bölgələrdə şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 metr/saniyəyədək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.