CƏMİYYƏT


Sinoptiklərdən xəbərdarlıq: Küləkli hava şəraiti davam edəcək

Bakı, 10 yanvar, AZƏRTAC 

Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında yanvarın 11-i gündüzdən 12-si gündüzədək cənub-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında da yanvarın 11-i və 12-də qərb küləyi əsəcək, bəzi yerlərdə arabir sürətlənəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, yanvarın 11-i gündüzdən 12-si gündüzədək Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi proqnozlaşdırılır ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.