CƏMİYYƏT


Sinoptiklərdən xəbərdarlıq: Oktyabrın 2-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit olacaq

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 28-dən oktyabrın 1-i gündüzədək Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 30-da şimal-şərq küləyi əsəcək, arabir 15-18 metr/saniyəyədək güclənəcək.

Sentyabrın 28-i şimal və şərq rayonlarından başlayaraq oktyabrın 2-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Şimal və şərq rayonlarında isə yağışın güclü olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 metr/saniyəyədək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.