CƏMİYYƏT


Sinoptiklərdən xəbərdarlıq: Ölkə ərazisində hava şəraiti dəyişəcək, intensiv yağış, qar yağacaq

Bakı, 31 mart, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında aprelin 2-dən aprelin 3-ü səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, aprelin 2-si günün ikinci yarısından aprelin 3-ü səhərədək şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 15-20 metr olacaq, arabir 23 metrədək güclənəcək.

Azərbaycanın rayonlarında aprelin 1-i günün ikinci yarısından hava şəraitinin dəyişəcəyi, 4-ü axşamadək qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Yağıntının bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyinin sürəti aprelin 2-si gündüzdən 3-ü gündüzədək arabir 15-20 metr/saniyə olacaq, ayrı-ayrı yerlərdə arabir 23 metr/saniyəyədək güclənəcək.

Çaylarda sululuğun artacağı istisna olunmur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.