CƏMİYYƏT


Sinoptiklərdən xəbərdarlıq: Qar yağacaq, çovğun olacaq, yollar buz bağlayacaq

Bakı, 22 fevral, AZƏRTAC

Sinoptiklər hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, fevralın 23-dən 24-nə keçən gecə yağıntının qara keçəcəyi, fevralın 24-də bəzi yerlərdə intensiv olacağı ehtimal edilir. Şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 18-23, arabir 25-30, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 32-35 metrədək güclənək. Çovğun olacağı ehtimalı var. Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10° enəcəyi, 0-5° şaxta olacağı proqnozlaşdırılır. Fevralın 24-25-də gecə və səhər yolların buz bağlayacağı ehtimal olunur.

Fevralın 23-ü axşam Azərbaycanın şimal və şərq rayonlarından başlayaraq fevralın 25-i səhərədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olacağı gözlənilir. Qərb küləyi əsəcək, sürəti saniyədə 18-23, ayrı-ayrı yerlərdə 28-33 metrədək güclənəcək. Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10° enəcəyi, Aran rayonlarında 3-8°, dağlıq rayonlarda 15-20° şaxta olacağı bildirilir. Yollar buz bağlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.