DÜNYA


Sinqapur gəmilərin qeyri-qanuni hərəkətinə görə Malayziyaya xəbərdarlıq edib

Tokio, 7 dekabr, AZƏRTAC 

Sinqapurun hakimiyyət orqanları Malayziyaya Cohor ştatındakı limanda dəniz sərhədlərini birtərəfli qaydada pozmasına və gəmilərinin bu ölkənin ərazi sularına daxil olmasına görə xəbərdarlıq edib.

AZƏRTAC xəbər verir ki, nəqliyyat naziri Khu Bun Vanın bu barədə bəyanatı “The Straits Times” qəzetinin dekabrın 7-də dərc edilən nömrəsində yayımlanıb.

“Malayziya gəmilərinin bu təcavüzkar hərəkətlərinə baxmayaraq, Sinqapur tərəfi hələlik heç bir tədbir görməyib. Buna baxmayaraq, ehtiyac yaranacağı təqdirdə ölkənin ərazi bütovlüyünün və suverenliyinin qorunması üçün lazım olan bütün tədbirlər görüləcək”, - deyə nazir bildirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.