DÜNYA


Sinqapur vergi dərəcələrini artırır

Bakı, 31 iyul, AZƏRTAC

Sinqapur hökuməti ölkə xərclərinin artmasını tarazlaşdırmaq naminə yaxın gələcəkdə vergiləri artırmağı planlaşdırır.

Bu barədə AZƏRTAC vergiler.az saytına istinadla xəbər verir. 2018-ci ilin əvvəlində ölkənin maliyyə naziri Xenq Svid Kit xəbərdarlıq edib ki, hökumət səhiyyə və infrastruktur sahələrinə ayrılan vəsaitləri artırdığına görə, daxili borclarla qarşılaşa bilər: “Biz gəlirlərin həcmini yeni vergilər hesabına və ya vergi dərəcələrini artırmaq yolu ilə böyüdə bilərik. Bu variantları diqqətlə təhlil edirik, vaxtında qərar qəbul etməliyik ki, gələcək nəsillər üçün dayanıqlı maliyyə bünövrəsi yaradaq”.

Nazir qeyd edib ki, hökumət 2020-ci ilə qədər öz tələbatlarının artırılması üçün kifayət qədər gəlir təmin etmək məqsədilə son beş il ərzində vergi strukturunu yenidən nəzərdən keçirib.

2016-cı ildə Sinqapurda vergi daxilolmaları beş faiz artaraq 34,6 milyard ABŞ dollarına çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.