ELM VƏ TƏHSİL


Sinqapurun Marşal Kavendiş İnstitutu ilə əməkdaşlıq davam edir

Bakı, 8 dekabr, AZƏRTAC

Təhsil İnstitutu I-XI siniflər üçün riyaziyyat fənninin məzmununun təkmilləşdirilməsi istiqamətində Sinqapurun Marşal Kavendiş İnstitutu ilə əməkdaşlıq edir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, əməkdaşlıq çərçivəsində növbəti mərhələdə görüləcək işlərin konkretləşməsi, cədvəl üzrə planlaşdırılması, iş prosesində yer alacaq mütəxəssislərin dəqiqləşdirilməsi kimi məsələləri müzakirə etmək üçün hər iki institutdan məsul şəxslərin iştirak etdiyi onlayn iclas keçirilib.

İclasda növbəti ildə riyaziyyat fənninin kurikulumunun təkmilləşdirilib təhvil verilməsinə və 2022/2023-cü tədris ilində pilot olaraq tətbiq edilməsi üçün “Riyaziyyat 5” dərslik komplektinin hazırlanıb təqdim edilməsinə qərar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.