DÜNYA
Şinzo Abe Fransa Prezidentinin “Nissan”-“Renault”-“Mitsubishi” alyansının saxlanması xahişinə cavab verməyib
Tokio, 9 dekabr, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abe Fransa Prezidenti Emmanuel Makronun ötən həftə Buenos-Ayresdə keçirilən görüş zamanı “Nissan”-“Renault”-“Mitsubishi” alyansının saxlanması barədə xahişinə cavab verməyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın nüfuzlu “Mainichi Shimbun” qəzetinin 9 dekabr nömrəsində yer alan yazıda bildirilib.
Bu ərəfədə yerli kütləvi informasiya vasitələri Yaponiyanın “Nissan” avtomobil istehsalı şirkətinin sadiq rəhbəri Karlos Qona və direktorlar şurasının sabiq üzvü Qreq Kelliyə qarşı dekabrın 10-da rəsmi ittihamın irəli sürüləcəyi və onların həbsinin uzadılacağı barədə məlumat yayıblar. K.Qon və Q.Kelli Tokio prokurorluğunun xüsusi istintaq qrupu tərəfindən Yaponiyanın maliyyə qanunvericiliyini pozduqlarına görə noyabrın 19-da həbs olunublar. K.Qonun, eyni zamanda, beş il ərzində “Nissan” şirkətinin rəhbəri kimi aldığı mükafatların (təqribən 10 milyard yen) yalnız yarısını bəyan etdiyi bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]