DÜNYA


Şinzo Abe Liberal Demokratik Partiyanın sədri vəzifəsini tutmaq üçün mübarizə aparacaq

Tokio, 29 iyun, AZƏRTAC

Yaponiyanın hakim Liberal Demokratik Partiyasının (LDP) üzvlərinin Şinzo Abenin üçüncü müddətə partiyanın sədri vəzifəsini tutması ilə əlaqədar mövqelərində tərəddüd hiss olunur.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, hakim partiyanın üzvlərinin bir hissəsi Baş nazir Şinzo Abenin növbəti müddətə LDP-nin sədri olmasını dəstəkləyirsə, digər qismi başqa fikirdədir.

LDP sədri seçkilərinin son altı ildə ilk dəfə cari ilin sentyabrında keçiriləcəyi gözlənilir. Ş.Abe üçüncü müddətə seçilmək üçün mübarizəyə başlayacağını bildirsə də, partiyanın sabiq baş katibi Şiqeru İşiba da həmin vəzifəni tutmağa hazır olduğunu bildirib.

Partiyanın baş katibi Toşihiro Nikai bəyan edib ki, Ş.Abe partiyanın lideri uğrunda mübarizədə yəqin ki, qalib gələcək.

Bununla yanaşı, partiyanın bir çox üzvləri Ş.Abe hökumətinin son vaxtlar baş verən qalmaqallarla əlaqədar ictimaiyyət tərəfindən kəskin tənqidə məruz qaldığını əsas gətirərək, seçkilərin nəticəsini indidən proqnozlaşdırmağın əleyhinədirlər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.