DÜNYA
Şinzo Abe Rusiya ilə ərazi mübahisəsinə son qoymağa hazır olduğunu bildirib
Tokio, 12 dekabr, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abe dekabrın 12-də - Rusiya Prezidenti Vladimir Putinin bu ölkəyə səfəri ərəfəsində Cənubi Kuril adalarının keçmiş sakinləri ilə görüş zamanı bildirib ki, o, Rusiya ilə ərazi mübahisəsinə son qoymağa hazırdır.
Baş nazirin sözlərini sitat gətirən Kyodo informasiya agentliyi yazır: “Mən ərazi mübahisəsinə son qoymaq üçün Rusiya ilə yüksək səviyyəli danışıqlar aparıram”.
Xəbər verdiyimiz kimi, dekabrın 15-16-da Rusiya Prezidentinin Yaponiyaya rəsmi səfəri gözlənilir.
Yaponlar ikitərəfli münasibətlərin inkişafı, sülh müqaviləsinin imzalanması və ərazi mübahisəsinin həlli ilə baxımından həmin səfərə böyük önəm verirlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]