DÜNYA


Şinzo Abe sosial-təminat sisteminin islahatlarına çağırıb

Tokio, 1 yanvar, AZƏRTAC 

Yaponiyanın Baş naziri Şinzo Abe xalqa Yeni il müraciətində ölkədə əhalinin sürətlə qocalması fonunda doğumun azalması probleminin aradan qaldırılmasına çalışacağını bəyan edib.

AZƏRTAC xəbər verir ki, Baş nazir hökumətin uşaqların gələcəyi üçün fəal şəkildə investisiyalar yönəldəcəyini deyib. Cari ilin oktyabrından başlayaraq Yaponiyada məktəbəqədər uşaqlar üçün ödənişsiz təhsilin tətbiq olunacağı gözlənilir. Ş.Abenin sözlərinə görə, hökumət sosial-təminat sistemini bütün nəsilləri əhatə edəcək formada yenidən qurmağı planlaşdırır.

Müraciətində Yaponiyanın müharibədən sonrakı diplomatiyasına toxunan Baş nazir Rusiya ilə sülh müqaviləsinin imzalanması məqsədilə qətiyyətli addımlar atılacağını da bildirib.

2019-cu ilin mayında vəliəhd-şahzadə Naruhitonun İmperator taxtına çıxacağını xatırladan Ş.Abe yeni eranın cəmiyyətini formalaşdırmaq üçün bütün gücünü sərf edəcəyini deyib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.