DÜNYA


Şinzo Abe üçüncü müddətə LDP-nin sədri seçilmək üçün namizədliyini irəli sürəcək

Tokio, 11 avqust, AZƏRTAC

Yaponiyanın Baş nazir Şinzo Abe bəyan edib ki, üçüncü müddətə hakim Liberal Demokratik Partiyanın (LDP) sədri seçilmək üçün namizədliyini irəli sürmək niyyətindədir.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Ş.Abe bu barədə LDP-nin Yamaquçi prefektura şöbəsinin üzvləri qarşısında çıxışında bildirib. Yamaquçi prefekturası Baş nazirin doğma prefekturası hesab olunur.

Ş.Abe öz çıxışında Yaponiyanın Baş naziri vəzifəsində olduğu müddətdə əldə edilən uğurlar üzərində xüsusi dayanıb. Diqqəti iş yerləri ilə əlaqədar mövcud müsbət proqnozlara yönəldib.

Baş nazirin sözlərinə görə, o, qarşıya qoyulan məqsədlərə çatmaq üçün kifayət qədər enerjiyə və fiziki gücə malik olduğunu dəqiqləşdirdikdən sonra məsələ ilə bağlı son qərarını verəcək.

Baş nazirin avqustun 14-dək Yamaquçi prefekturasında olacağı bildirilir. Həmin müddətdə onun daxili siyasi məsələlərlə bağlı brifinqdə iştirak edəcəyi və tərəfdarlarının iştirakı ilə təşkil olunacaq toplantıya qatılacağı da bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.