DÜNYA


Şinzo Abe və Donald Tramp oğurlanmış Yaponiya vətəndaşları ilə bağlı məsələni müzakirə ediblər

Tokio, 21 fevral, AZƏRTAC

Yaponiyanın Baş naziri Şinzo Abe və ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Koreya Xalq Demokratik Respublikasının (KXDR) xüsusi xidmət orqanları tərəfindən oğurlanan Yaponiya vətəndaşları ilə bağlı məsələni müzakirə ediblər.

AZƏRTAC xəbər verir ki, danışıqlardan sonra Şinzo Abe jurnalistlərə Yaponiya ilə ABŞ-ın bu məsələdə əməkdaşlığı gücləndirəcəyini deyib. “Biz Şimali Koreyanın nüvə və raket proqramları, həmçinin oğurlanmış Yaponiya vətəndaşları ilə bağlı Yaponiya və ABŞ-ın bütün səviyyələrdə sıx əməkdaşlıq etməsi barədə razılığa gəldik. Oğurlanan vətəndaşlar məsələsini biz ətraflı müzakirə etdik”, - deyə Ş.Abe bildirib.

Oğurlanan vətəndaşların qohumları ilə bir neçə gün əvvəl görüşən Baş nazir məsələnin həlli ilə bağlı planı barədə D.Trampı məlumatlandıracağını və bunu Şimali Koreyanın lideri Kim Çen Ina çatdırmağı xahiş edəcəyini deyib.

Yaponiya hökumətinin bildirdiyinə görə, Şimali Koreya tərəfindən azı 17 nəfər oğurlanıb. Onlardan beşi 2002-ci ildə Pxenyanda keçirilən Yaponiya-Şimali Koreya sammitindən sonra vətənə qayıdıb. Qalan 12 nəfər isə itkin düşmüş hesab edilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.