DÜNYA
Şinzo Abe və Şiqeru İşiba hakim partiyada liderlik uğrunda seçki kampaniyasına başlayıblar
Tokio, 7 sentyabr, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abe və Liberal Demokratik Partiyanın (LDP) sabiq baş katibi Şiqeru İşiba hakim partiyanın lideri vəzifəsi uğrunda seçki kampaniyalarına rəsmən start veriblər.
AZƏRTAC xəbər verir ki, bu seçki yürüşü həm də Yaponiya hökumətinə kimin başçılıq edəcəyini müəyyənləşdirəcək.
Şinzo Abenin və Şiqeru İşibanın nümayəndələri sentyabrın 7-də LDP-nin qərargahında lazımi sənədləri təqdim ediblər.
Qeyd edək ki, Şinzo Abe qalib gələcəyi təqdirdə üçüncü dəfə LDP-nin sədri vəzifəsini tutacaq. Ş.İşiba isə həm LDP-nin baş katibi, həm də nazir vəzifələrində işləyib. Kampaniya zamanı Ş.Abenin əsasən hakimiyyətdə olduğu son 6 illik fəaliyyətinə istinad edəcəyi gözlənilir.
Qalib sentyabrın 20-də, səsvermənin nəticələri məlum olduqdan sonra elan ediləcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]
“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq
- 25.04.2024 [14:26]
ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib
- 25.04.2024 [13:20]
Bolqarıstan parlamenti spikeri istefaya göndərib
- 25.04.2024 [12:48]
Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb
- 25.04.2024 [12:34]
Hindistanın Racastan ştatında PUA qəzası baş verib
- 25.04.2024 [12:22]