DÜNYA


Şinzo Abe və Yan Tszeçi Çin Sədrinin Yaponiyaya gözlənilən səfərini müzakirə ediblər

Tokio, 18 may, AZƏRTAC

Yaponiyanın Baş naziri Şinzo Abe və Çinin yüksək səviyyəli diplomatı Yan Tszeçi Çin Sədrinin gələn ay “Gündoğar ölkə”yə gözlənilən səfəri məsələsini müzakirə ediblər.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Ş.Abe Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Yan Tszeçi ilə Tokioda görüşüb.

Görüşün gündəliyində duran əsas məsələ Çin Sədri Si Cinpinin iyunun sonlarında Osakada keçiriləcək G20 sammitində gözlənilən iştirakı olub.

Ş.Abe bəyan edib ki, o, Reiva dövrünün əvvəllərində və Çin Xalq Respublikasının yaranmasının 70-ci ildönümü ərəfəsində Si Cinpinin Yaponiyaya səfərini alqışlayır. Baş nazir əlavə edib ki, Çin Sədri ilə aparılacaq müzakirələrə böyük ümidlə yanaşır.

Y.Tszeçi isə öz növbəsində bildirib ki, Çin G20 sammitinin uğurlu olacağına ümid edir. O, həmçinin iki ölkə arasında münasibətlərin əmin-amanlıq şəraitində və dayanıqlı şəkildə inkişaf edəcəyinə əmin olduğunu bildirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.