CƏMİYYƏT


Siqaret, mobil telefon və aksesuarlarının qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 4 iyul, AZƏRTAC

Siqaret, mobil telefon və aksesuarlarının qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “BMW 523” markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual edilib. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Bundan sonra avtomobilə baxış keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin oturacaqlarının altından və sürət qutusunun üst hissəsindən 3000 ədəd “King” markalı siqaret, 1 ədəd “Samsung Galaxy A 30”, 1 ədəd “Redmi Note 7” və 2 ədəd “Samsung Galaxy J2 Core” markalı mobil telefon, 4 ədəd “qulaqlıq”, 10 ədəd USB və yükləyici aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.