CƏMİYYƏT


Siqaretlərin ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 11 iyul, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında siqaretlərin ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "DAF" və "Mercedes-Benz" markalı yük avtomobilləri saxlanılıb, gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərindən 3000 ədəd "Marlboro" markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.