CƏMİYYƏT
Siqaretlərin qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 17 fevral, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 3 fakt üzrə siqaretlərin qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısını alıblar.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, “Qırmızı Körpü” gömrük postunda Gürcüstan istiqamətindən gələn 3 yük nəqliyyat vasitəsi saxlanılıb. Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 8500 ədəd müxtəlif markalı siqaret aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.