İDMAN


Siqulda şəhəri 2026-cı il Qış Olimpiya Oyunlarının keçirilməsinə namizədlərin rəsmi siyahısına daxil edilib

Riqa, 10 oktyabr, AZƏRTAC

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) məlumatına görə, İsveçin paytaxtı Stokholmun və Latviyanın Siqulda şəhərinin birgə müraciəti 2026-cı il Qış Olimpiya Oyunlarına ev sahibliyi etməyə namizədlərin rəsmi siyahısına daxil edilib.

AZƏRTAC xəbər verir ki, əgər Stokholm seçilərsə xizək idmanı, bobsley və skeleton üzrə olimpiya yarışları Siquldada keçiriləcək. BOK qalib gəlmiş namizədi 2019-cu ilin sentyabr ayında öz sessiyasında seçəcək.

Keçən həftə BOK Türkiyənin Ərzurum şəhərini namizəd şəhərlərin siyahısından çıxarıb və beləliklə, siyahıda yalnız 3 namizəd qalıb.

Sion (İsveçrə), Sapporo (Yaponiya) və Qrats (Avstriya) şəhərləri Olimpiya oyunları ilə bağlı xərclərdən və yerli müxalifətdən çəkinərək bu niyyətdən vaz keçiblər.

Bu il iyun ayında Latviya və İsveç arasında imzalanmış memoranduma görə 2026-cı il Qış Olimpiya Oyunları keçirilərkən Latviyadakı Siqulda (Sigulda) trasından birgə istifadə edilməsi nəzərdə tutulur.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.