MƏDƏNİYYƏT


Sırdərya vilayətində yerli azərbaycanlılar üçün mədəni tədbirlərin təşkili müzakirə edilib

Bakı, 15 mart, AZƏRTAC

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanın Sırdərya vilayətində olub və vilayətdə Azərbaycan diaspor təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Əzizağa Bayramovla görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə milli mədəniyyətimizin Özbəkistanda tanıdılması istiqamətində aparılan işlər, Sırdərya vilayəti üzrə də yerli diaspor təşkilatının fəaliyyəti, əməkdaşlıq məsələləri, habelə gələcək planlar barədə müzakirələr aparılıb.

2023-cü il “Heydər Əliyev İli” münasibətilə keçiriləcək birgə tədbirlər, Sırdərya vilayətində yerli azərbaycanlılar üçün Azərbaycan incəsənət ustalarının dostluq konsertinin təşkili məsələləri müzakirə edilib və razılıq əldə olunub.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və dəstəyi ilə Azərbaycanın populyar “Xəzər” telekanalının “Ənənə boğçası” verilişi də Sırdərya vilayətində olub, toy mərasimində iştirak edərək Özbək toy ənənələrinə dair veriliş hazırlayıb.

Bundan başqa, sözügedən verilişin heyəti və Azərbaycan Mədəniyyət Mərkəzinin təmsilçiləri vilayətdə yerli Azərbaycan ailələrinin qonağı olub, onlardan müsahibələr götürüb, çəkilişlər həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.