İDMAN


Şirin Vəliyev: Biz bu yarışlara çox yüksək səviyyədə hazırlaşmışıq

Bakı, 26 iyul, AZƏRTAC

Azərbaycan Atletika Federasiyası 2008-ci ildən komandanı formalaşdırmağa başlayıb. İlk daxili yarışlarımız Bakı birinciliyi çempionatları olub. 2014-cü ildə 125 hakim heyəti ilə Olimpiya Gənclər Oyununu keçirmişik. Ən önəmlisi odur ki, bu yarışlarda bütün hakimlər yerli nümayəndələr idi. Bu hakimləri biz seminarlar keçirərək bir-bir hazırlamışıq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalında hakimlik edən Hakimlər Kollegiyasının sədri Şirin Vəliyev söyləyib.

Azərbaycanda atletika idman növünün inkişafından danışan Ş.Vəliyev deyib: “Atletika geniş idman növüdür. Burada 49 növ cəmlənir və hərəsinin öz qaydaları var. Hakimlər kollegiyasında nümayəndələrlə vaxtaşırı iclaslar keçiririk. Biz daim axtarışdayıq. İdman Akademiyasını müvəffəqiyyətlə bitirmiş keçmiş idmançıları arayıb-axtarıb hakimliyə cəlb edirik. Biz onlara qaydaları öyrədəndən sonra imtahan edirik. İmtahandan keçənləri təcrübə toplamaq üçün yarışlara dəvət olunur. Bunun nəticəsidir ki, 2015-ci ildə Birinci Avropa Oyunlarını müvəffəqiyyətlə keçirməyə nail olduq. 2017-ci ildə İslam Oyunlarında 155 hakim heyəti ilə təmsil olunduq. Yarış çox yüksək səviyyədə keçdi. Hətta Avropa kubok yarışlarını keçirmək üçün bizi Gürcüstana dəvət etmişdilər. 2016-cı ildə Asiya oyunlarını keçirdik. İndi isə XV Avropa Gənclər Olimpiya Festivalını təşkil edirik. Yarışda iştirak edən bütün hakimlər azərbaycanlıdır. Biz bu yarışlara 6 ay öncədən hazırlaşmağa başladıq. Hazırlığımız çox yüksək səviyyədədir. Qeyd edim ki, Tofiq Bəhramov adına stadionda keçirilən Atletika yarışlarında 36 ölkə və 167 azərbaycanlı hakim iştirak edir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.