MƏDƏNİYYƏT


“Şirinlər” növbəti dəfə Gənc Tamaşaçılar Teatrının səhnəsinə çıxacaq

Bakı, 20 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında P.Kullifordun “Şirinlər” pyesi əsasında eyniadlı tamaşa nümayiş ediləcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, oktyabrın 12-də göstəriləcək tamaşada xeyirxahlıq, insanların bəd əməllərdən uzaqlaşdırılması, hər kəsin dost və mehribanlıq şəraitində yaşaması kimi nəcib hisslər aşılanır.

Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, rəssamı Şahin Hüseynli, kostyum üzrə rəssamı Yekaterina Bıçkovadır. Səhnə əsərinin musiqi tərtibatını İradə Muradova hazırlayıb, tamaşanın plastik həlli Ceyhun Dadaşovundur. Rolları Əməkdar artistlər Rasim Cəfər, Şəfəq Əliyeva, aktyorlar Ədalət Əbdülsəməd, Rəşad Səfərov, Elnur Hüseynov, Zemfira Əbdülsəmədova, Günel Məmmədova, Asya Atakişiyeva, Xəyalə Meydanova, Nuranə Hüseynova, Anar Seyfullayev və başqaları ifa edəcək.

Qeyd edək ki, “Şirinlər” belçikalı rəssam Pyer Kullifordun hazırladığı cizgi romanıdır və onun əsnasında çəkilmiş animasiyadır. 1958-ci ildə tamamlanmış cizgi romanı 1981-ci ildən animasiya filmi olaraq ekranlara çıxıb. Yayımlandığı andan etibarən geniş tamaşaçı auditoriyasının marağına səbəb olan bu cizgi serialı dünyanın bir çox ölkələrində müxtəlif dillərdə ekranlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.