DÜNYA


Şirkətin Rozma Mansura verdiyi 14,8 milyon dollarlıq zinət əşyalarının yeri bilinmir

Bakı, 12 fevral, AZƏRTAC

Livanın “Global Royalty Trading” zərgərlik şirkətinin hüquqşünasları Malayziyanın sabiq baş nazirinin həyat yoldaşı Rozma Mansurdan ümumi dəyəri 14,8 milyon dollarlıq 44 zinət əşyasının dəqiq yerini bildirməyi tələb edib.

AZƏRTAC xəbər verir ki, “The Straits Times” qəzetinin yaydığı məlumata görə, Rozma Mansur isə öz növbəsində ona baxmaq üçün ona verilən zinət əşyalarının hökumətin sabiq rəhbərinin evlərində və villalarında aparılan axtarış zamanı polis tərəfindən müsadirə edildiyini deyib. Hüquq-mühafizə orqanları hələlik hadisəyə şərh verməyiblər.

Axtarış zamanı Malayziyanın sabiq baş nazirinin evindən 223-273 milyon dollar dəyərində çox sayda qızıl və zinət əşyaları müsadirə olunub. Hökumətin sabiq rəhbəri Nəcib Rəzzak 44 cinayət işində, o cümlədən rüşvət, çirkli pulların yuyulması, vəzifədən sui-istifadə və digər epizodlarda ittiham edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.