CƏMİYYƏT


Şirniyyat müəssisəsində fəhlənin ehtiyatsızlıqdan ölməsi ilə bağlı cinayət işi başlanıb

Bakı, 2 avqust, AZƏRTAC

İyulun 31-i saat 9.00 radələrində Ağdaş rayonu ərazisində şirniyyat istehsalı ilə məşğul olan müəssisədə 1992-ci il təvəllüdlü Ülvi Sadıqovun ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Ağdaş Rayon Prokurorluğundan AZƏRTAC-a bildirilib ki, aparılmış araşdırmalarla Ülvi Sadıqovun fəhlə işlədiyi “Orelay” şirniyyat müəssisəsində iş zamanı ehtiyatsızlıqdan dəzgahın içərisinə düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində öldüyü müəyyən olunub.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.