CƏMİYYƏT


Şirvan Milli Parkında ceyran ovlayan şəxslər istintaqa təhvil verilib

Bakı, 23 oktyabr, AZƏRTAC 

Daxili İşlər Nazirliyi (DİN) Şirvan Milli Parkında ceyran ovlayan şəxslər barədə məlumat yayıb.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Salyan Rayon Polis Şöbəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdikləri tədbir zamanı Şirvan Milli Parkında bir baş ceyran ovlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Araşdırma nəticəsində cinayəti törədənlərin rayon sakinləri N.Həsənov, İ.Məmmədzadə və R.Əsədov olduqları müəyyən edilib. Onlardan bir baş ovlanmış ceyran, müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi və bir patron aşkarlanaraq maddi sübut kimi götürülüb.

Saxlanılan şəxslər istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.