CƏMİYYƏT


Şirvan Milli Parkında ornitoloji seminar və quşları müşahidə günü keçirilib

Bakı, 18 noyabr, AZƏRTAC 

Milli Dirçəliş Günü ilə əlaqədar Şirvan Milli Parkında ornitoloji seminar və quşları müşahidə günü keçirilib.

“Quşlarımızı qoruyaq” şüarı ilə təşkil olunan tədbirin keçirilməsində məqsəd nadir və nəsli kəsilmək təhlükəsində olan quş növlərinin vəziyyətinin öyrənilməsi, say göstəricilərinin izlənilməsi, onların vəhşi təbiətdə müşahidəsi turizminə diqqətin çəkilməsidir.

Şirvan Milli Parkının direktoru Arzu Mustafayev AZƏRTAC-a bildirib ki, Azərbaycan Ornitoloji Cəmiyyətinin dəstəyi ilə keçirilən və Bakı Dövlət Universitetinin tələbələrinin iştirak etdiyi tədbirdə milli parkın ərazisində yerləşən Qızılqaz gölündə quşlar binoklla müşahidə edilib.

Sonra keçirilən seminarda icazəsiz quş ovuna qarşı hamılıqla mübarizənin vacibliyi vurğulanıb. Həmçinin quşların növ tərkibi, sayı, sayğısının metodikası, su-bataqlıq ekosisteminin vəziyyəti ətrafında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.