REGİONLAR


Şirvan sakinindən 2 kiloqrama yaxın narkotik maddə götürülüb

Şirvan, 9 mart, Mahir Babayev, AZƏRTAC

Şirvan şəhər sakinindən 1 kiloqram 910 qram narkotik maddə götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qurumundan AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilən şəhər sakini Namiq Məmmədov saxlanılıb. Onun üzərinə baxış zamanı ümumi çəkisi 10 qram və yaşadığı fərdi evdən isə 1 kiloqram 900 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.