CƏMİYYƏT


Şirvan şəhər sakinindən hədə-qorxu yolu ilə pul tələb edən keçmiş məhkum saxlanılıb

Bakı, 3 avqust, AZƏRTAC

Şirvan şəhər sakini S.Babayev şəhər polis şöbəsinə ərizə ilə müraciət edərək Zaur adlı şəxsin ondan hədə-qorxu yolu ilə pul tələb etdiyini bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, daxil olan müraciətlə əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində vətəndaşdan hədə-qorxu yolu ilə pul tələb edən şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Hüseynov saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, S.Babayev saxlanılan Z.Hüseynovdan bir müddət əvvəl 5 min manat borc pul alıb və bir qismini müxtəlif vaxtlarda qaytarıb. Sonradan pulun qalan hissəsini qaytarmadığına görə Z.Hüseynov ondan həmin borcun faizini ödəməsi üçün hədə-qorxu gələrək 3 min manat pul tələb edib.

Fakta bağlı Z.Hüseynov barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələbetmə) və 221.3-cü ( xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.