CƏMİYYƏT


Şirvan şəhərində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb

Bakı, 8 sentyabr, AZƏRTAC

Daxili İşlər Nazirliyi Şirvan şəhərində baş verən və ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şirvan şəhər sakini Murad Şərifov idarə etdiyi “Saipa” markalı avtomobili yol kənarında dayanmış, şəhər sakini Ə.Soltanova məxsus “VAZ-2106” markalı avtomobilə vurub. Zərbənin təsirindən “VAZ-2106” markalı avtomobil şəhər sakini Eldar Ələkbərova dəyib. Nəticədə E.Ələkbərov xəstəxanaya aparılarkən yolda ölüb. Ə.Soltanov xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Şirvan Şəhər Prokurorluğu tərəfindən təhqiqat aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.