CƏMİYYƏT


Şirvan şəhərində həkimlər üçün distant kurs təşkil olunub

Bakı, 4 fevral, AZƏRTAC

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda əhaliyə müasir tibbi yardımın göstərilməsi üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək məqsədilə Şirvan şəhərində pediatrlar üçün distant kurs təşkil edib.

İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, kursa Şirvan şəhərində, Hacıqabul, Salyan, Sabirabad rayonlarında çalışan 34 nəfər pediatr, neonatoloq və təcili tibbi yardım həkimləri cəlb olunub.

İnstitutun pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova həkim-dinləyicilərə distant dərslərin aparılması haqqında məlumat verib. Uşaq poliklinikasının tibb heyəti ilə keçirilən görüşdə onlara yeni yanaşmalar, uşaq hüquqları və digər aktual məsələlər barədə bilgilər çatdırılıb.

Səhiyyə nazirinin “Uşaqların icbari dispanserizasiyası işinin gücləndirilməsi” və “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası barədə” əmrləri ətrafında müzakirələr aparılıb. Qeyd olunub ki, Fəaliyyət Planına əsasən ilin axırına qədər Şirvan şəhərində uşaqlara xidmət göstərən həkimlər, orta tibb işçiləri, psixoloq və pedaqoqlar üçün “İnkişafın Dəstəklənməsi və İzlənməsi üzrə Beynəlxalq Rəhbərliyinin istifadəsi”nə dair təlim və “Uşaqlar arasında nadir rast gəlinən xəstəliklər” mövzusunda seminar keçiriləcək.

Distant kurs fevralın 8-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.