CƏMİYYƏT


Şirvan şəhərində keçirilmiş əməliyyat nəticəsində bir kiloqrama yaxın narkotik maddə götürülüb

Bakı, 17 may, AZƏRTAC 

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumatlar əsasında şəhər ərazisində əməliyyat tədbirləri keçiriblər.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan şəhər sakini Elşən Valehovdan çəkisi 485 qram marixuana aşkarlanaraq götürülüb.

Birgə keçirilmiş digər əməliyyat tədbiri nəticəsində isə şəhər sakini Coşqun Alışov saxlanılıb. Ondan 480 qram marixuana götürülüb. C.Alışova məxsus həyətyanı sahədə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində isə kultivasiya yolu ilə yetişdirilmiş 16 çətənə kolu da aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.