CƏMİYYƏT
Şirvan şəhərində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən keçmiş məhkum saxlanılıb
Bakı, 27 sentyabr, AZƏRTAC
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə şəhər sakinləri Taleh Osmanlı, Rəsul Hüseynov və Eldar Məmmədov saxlanılıblar. Onların üzərinə keçirilən baxış zamanı psixotrop maddə - metamfetamin, heroin və marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı şəhər polis şöbəsi tərəfindən araşdırma aparılır.