REGİONLAR


Şirvan şəhərində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə ümumşəhər tədbiri keçirilib

Şirvan, 10 may, Aydın Yavərzadə, AZƏRTAC

Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş ümumşəhər tədbiri təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, ictimai-siyasi qurumların rəhbərləri və ictimaiyyət nümayəndələri öncə Ulu Öndərin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyublar. Sonra Şirvan Şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlarla tanışlıq olub.

Tədbir Şirvan Şəhər Mədəniyyət Mərkəzində davam etdirilib. Şəhid ailələri və Vətən müharibəsi qazilərinin də iştirak etdiyi tədbirdə Azərbaycanın qədim Naxçıvan diyarında dünyaya göz açan ulu öndər Heydər Əliyevin nəsillərə nümunə olan şərəfli ömür yolu, müasir müstəqil Azərbaycan dövlətinin güclənməsinə xidmət edən uğurlu fəaliyyəti geniş qeyd edilib. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlətçilik siyasətinin bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uğurla davam etdirildiyi vurğulanıb. Çıxışlarda dünyanın ən güclü 50 ordusundan biri olan Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin Azərbaycan xalqına böyük qürur və şərəf hissi bəxş etdiyi bildirilib.

Şirvan şəhər Musiqi məktəbinin müəllimlərindən ibarət ansamblın müşayiəti ilə Xalq artisti Gülyaz Məmmədova və Əməkdar artist Elnur Zeynalov, şəhər musiqi məktəbinin şagirdləri, məktəbin musiqi müəllimi İrşad İbişov, şəhər Mədəniyyət Mərkəzinin solisti Azər Həsənov ulu öndər Heydər Əliyevə, Vətənə, Azərbaycana həsr olunmuş mahnılarla iştirakçılara xoş ovqat bəxş ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.