REGİONLAR


Şirvana ezam olunmuş Sumqayıt sakininin moteldə meyiti tapılıb

Şirvan, 27 iyun, Mahir Babayev, AZƏRTAC

Şirvanda ezamiyyətdə olan Sumqayıt sakini motelin sanitar qovşağında ölü tapılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən gecə Sumqayıt sakini, 1966-cı il təvəllüdlü Aydın Abdullayevin meyiti Şirvan elektrik stansiyasına məxsus yaşayış motelinin sanitar qovşağında aşkar olunub.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadası onun öldüyünü təsdiq edib. Meyit müayinə olunması üçün Şirvan Şəhər Mərkəzi Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə təhvil verilib. Onun hansı səbəbdən öldüyü tibbi ekspertiziyanın rəyindən sonra aydınlaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.