REGİONLAR
Şirvanda 800-dək sakin koronavirusa qarşı peyvənd olunub
Şirvan, 19 fevral, Mahir Babayev, AZƏRTAC
Şirvanda COVID-19 infeksiyasına qarşı vaksinasiyanın növbəti mərhələsi icra olunur. Bu mərhələdə şəhər üzrə yaşı 65 və ondan yuxarı olan 4700 vətəndaşın peyvənd olunması nəzərdə tutulub və bu günə kimi 799 nəfər vaksinasiyadan keçib.
AZƏRTAC xəbər verir ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında vaksinasiyanı müvəffəqiyyətlə başa çatdırmaq üçün peyvənd otaqlarında Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) təlimatına uyğun zəruri şərait yaradılıb. Vaksinasiya zamanı yarana biləcək sıxlığın və digər çətinliklərin qarşısını almaq məqsədi ilə qeydiyyat prosesi onlayn qaydada keçirilir. Onlayn qeydiyyatdan keçməyən vətəndaşlar isə birbaşa şəhər mərkəzi xəstəxanasının infeksion xəstəliklər şöbəsinə müraciət edirlər. Bundan əlavə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə vətəndaşların razılığı olduğu halda onların onlayn qeydiyyatdan keçməsinə kömək də göstərilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]