REGİONLAR


Şirvanda DYP əməkdaşları profilaktik tədbirlərə start verib VİDEO

Şirvan, 11 may, Aydın Yavərzadə, AZƏRTAC

Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən küçə və prospektlərdə dayanma-durma qaydalarının düzgün təmin edilməsi məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yol polisinin keçirdiyi tədbirlər zamanı piyada səkilərini və avtobus dayanacaqlarını zəbt edən, eləcə də müəyyən edilməyən yerlərdə nəqliyyat vasitələrini saxlayan sürücülərlə profilaktik söhbətlər aparılıb, sürücülərə parklanma qaydaları barədə geniş məlumatlar verilib.

Həmçinin polis əməkdaşları təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərlə, eləcə də piyada keçidlərindən istifadə etməyən vətəndaşlarla da maarifləndirici söhbətlər apararaq, mütləq qaydada qanunlara riayət etmələrini çatdırıblar.

Tədbirlər zamanı edilən xəbərdarlıqlara baxmayaraq qaydaları pozan sürücülər barəsində qanunvericiliyə uyğun olaraq inzibati qaydada tədbirlər görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.