REGİONLAR


Şirvanda Fermer və Koordinasiya Şurasının təsis yığıncağında qarşıda duran vəzifələr müzakirə edilib

Şirvan, 6 sentyabr, Mahir Babayev, AZƏRTAC

Şirvan şəhər Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən Fermer və Koordinasiya Şurasının təsis yığıncağında qarşıda duran əsas vəzifələr müzakirə edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edənlər yeni yaradılan Şuranın əsas vəzifə və fəaliyyəti barədə geniş məlumat veriblər. Bildirilib ki, şuranın yaradılmasında əsas məqsəd fermerlərin mövcud problemlərin öyrənilməsi, ictimai nəzarətin həyata keçirilməsi, subsidiyaların verilməsində şəffaflığın təmin olunması, aqrar sahədə problemlərin aradan qaldırılması və bu sahənin inkişafı ilə bağlı təkliflərin verilməsidir.

Yığıncaqda çıxış edən fermerlər qarşılaşdıqları çətinliklərdən söz açıb, aqrar sektorun inkişafı ilə bağlı təkliflər veriblər.

Sonda fermerləri maraqlandıran suallara aydınlıq gətirilib.

Təsis toplantısında Fermer və Koordinasiya Şurasının sədri seçilib, üzvləri müəyyənləşib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.