REGİONLAR


Şirvanda “Heydər Əliyevin enerji siyasətinin təməl prinsipləri” adlı konfrans keçirilib

Şirvan, 9 may, Aydın Yavərzadə, AZƏRTAC

Şirvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş “Heydər Əliyevin enerji siyasətinin təməl prinsipləri” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Şirvan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, xatirəsinə ehtiram olaraq abidənin önünə tər çiçəklər düzülüb.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Mərkəzin əməkdaşı Ümummilli Liderin mənalı ömür yolundan, həyat və fəaliyyətinin mühüm məqamlarından danışıblar. Konfransda çıxış edənlər Azərbaycanın dövlət müstəqilliyinin memarı və qurucusu, böyük insan Heydər Əliyev tərəfindən möhkəm təməl üzərində qurulan dövlətçilik ənənələrindən danışıblar. Ulu Öndərin siyasətinin ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, onun rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatlardan, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunmasından, qanunun aliliyinin təmin edilməsindən, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsindən, Silahlı Qüvvələrdə hərbi intizamın, döyüş ruhunun möhkəmləndirilməsindən bəhs ediblər. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin hər bir azərbaycanlıda iftixar hissi yaratdığını qeyd ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.