REGİONLAR


Şirvanda “Təmiz hava” aylığı ilə bağlı tədbirlər həyata keçirilib

Şirvan, 12 avqust, Aydın Yavərzadə, AZƏRTAC

Şirvan Şəhər Polis Şöbəsinin (PŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən "Təmiz hava" aylığı çərçivəsində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şəhər PŞ-nin Dövlət Yol Polisi Bölməsinin və Şirvan Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbir zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb. Normadan artıq zəhərli qaz ixrac edən və atmosferi həddindən artıq çirkləndirən avtomobillərin sürücüləri ilə profilaktik söhbətlər aparılıb. Həmçinin polis əməkdaşları sürücülərlə izahedici söhbətlər apararaq avtomobillərin saz vəziyyətdə saxlanılması barədə tövsiyələr veriblər. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.