CƏMİYYƏT
Şirvanda dördotaqlı evdə baş vermiş yanğın zamanı bir nəfər xəsarət alıb
Bakı, 8 fevral, AZƏRTAC
Şirvan şəhərində ümumi sahəsi 96 kvadratmetr olan birmərtəbəli dördotaqlı evin dam örtüyü və tavanı 80 kvadratmetr sahədə yanıb. Hadisə nəticəsində evin içərisində olan əşyaların bir qismi də yanaraq yararsız hala düşüb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yanğın zamanı bir nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]