REGİONLAR
Şirvanda ev yanıb
Şirvan, 9 fevral, Mahir Babayev, AZƏRTAC
Şirvan şəhərində fərdi yaşayış evində yanğın olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə gecə saatlarında şəhərin İsmət Qayıbov küçəsində baş verib. Şirvan şəhər sakini Zaur Qədirova məxsus 96 kvadratmetrlik evin 80 kvadratmetri yanıb. Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın söndürülüb.
Hadisə zamanı müxtəlif dərəcəli yanıq xəsarəti alan ev sahibi Z.Qədirov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yanğının başvermə səbəbi öyrənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [17:09]
Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]