REGİONLAR


Şirvanda maarifləndirici tədbir - “Ailə sağlam cəmiyyətin və güclü dövlətin təməlidir”

Şirvan, 19 may, Aydın Yavərzadə, AZƏRTAC

Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 21 nömrəli tam orta məktəbdə Beynəlxalq Ailə Günü münasibətilə “Ailə sağlam cəmiyyətin və güclü dövlətin təməlidir” adlı maarifləndirici seminar keçirilib.

Şirvan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbir öncəsi məktəbin girişində Beynəlxalq Ailə Gününə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə Azərbaycan ailələrinə məxsus xüsusiyyətlərin, mili-mənəvi dəyərlərimizin əks olunduğu əsərlər nümayiş olunub.

Sonra məktəbin akt zalında “Ailə sağlam cəmiyyətin və güclü dövlətin təməlidir” adlı maarifləndirici seminar keçirilib. Toplantıda çıxış edən Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva şəhər icra hakimiyyəti adından “Beynəlxalq Ailə Günü” münasibətilə iştirakçıları təbrik edib və onlara sağlam, xoşbəxt, firavan ailə həyatı arzulayıb. Beynəlxalq Ailə Günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində silsilə tədbirlər həyata keçirildiyini və əsas məqsədin Azərbaycan ailəsi modelinin inkişaf yolları və ailə ənənələrinin qorunması, cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, gənc ailələrə dövlət qayğısı, milli-mənəvi dəyərlərimizin, eləcə də ailə dəyərlərimizin təbliği olduğunu bildirib. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət ailə siyasətinin bu gün ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirildiyini, milli-mənəvi dəyərlərin qorunmasına dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyini diqqətə çatdırılıb.

Şirvan Şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Samirə İsmayılova, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Şirvan sektorunun müdir əvəzi Elçin Həsənov, Şirvan şəhər Gənclər və İdman idarəsinin rəisi Samid Həsənov, Polis şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin Yetkinlik Yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Abbas Rəcəbli, din xadimi Hacı Vasif, Vətən müharibəsinin şəhidi Zülfüqarlı Zeynalın anası Şəlalə xanım, 21 nömrəli tam orta məktəbin direktoru Səadət xanım Quliyeva xalqımızın zəngin mənəvi irsinə daxil olan ailə dəyərlərimizdən, sağlam ailənin formalaşması üçün vacib şərtlərdən, müasir ailələr üçün aktual olan problemlərdən, ailə münaqişələrindən bəhs ediblər. Azərbaycan ailəsinin uzunömürlülüyü və möhkəmliyi ilə dünyada ən yaxşı ailə modellərindən biri olduğu, dövlətimizin bu modelin qorunub saxlanılması üçün müxtəlif siyasi proqramlar hazırladığı, sosial layihələr həyata keçirdiyi bildirilib. Gənclərə və gənc ailələrə dövlət qayğısı xüsusi vurğulanıb. Ailədaxili münasibətlərin formalaşmasında, uşaqların tərbiyəsində dini dəyərlərin əhəmiyyətindən söz açılıb. Torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsində şücaət göstərən qəhrəmanlarımızın ailələrinin gənclərə nümunə olduğu qeyd edilib.

Sonra Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə hazırlanan “Ailəmiz ən dəyərli xəzinəmizdir” filminə baxılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.