İDMAN


Şirvanda məşqçilər və cüdoçular üçün seminar keçirilib

Bakı, 26 sentyabr, AZƏRTAC

Şirvan Olimpiya İdman Kompleksində cənub bölgəsindən olan məşqçilər və cüdoçular üçün seminar təşkil olunub.

Azərbaycan Cüdo Federasiyasından (ACF) AZƏRTAC-a bildiriblər ki, ACF-nin hakimlər üzrə meneceri, beynəlxalq dərəcəli “A” kateqoriyalı hakim Mətin Rəhimli tərəfindən keçirilən seminarda cüdoçulara tatamiyə daxil olma qaydaları və hansı hallarda cüdoçuların cərimə olunacağı haqqında ətraflı məlumat verilib. Bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib.

Seminarın sonunda iştirakçıları maraqlandıran suallar Mətin Rəhimli tərəfindən cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.