REGİONLAR


Şirvanda miqrasiya orqanları işçilərinin peşə bayramı qeyd olunub

Şirvan, 16 mart, Aydın Yavərzadə, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaranmasının 16-cı ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı günü münasibətilə Şirvan şəhərində tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə şəhərdə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub. Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq, abidə önünə gül-çiçək dəstələri düzülüb.

Tədbir Şirvan Şəhər İcra Hakimiyyətinin iclas zalında davam edib. İcra başçısı Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 16-cı ildönümü və peşə bayramı günü, həmçinin Novruz bayramı münasibətilə xidmətin əməkdaşlarını təbrik edib, uğurlar arzulayıb. On altı il ərzində Dövlət Miqrasiya Xidmətinin keçdiyi inkişaf yolundan, əldə etdiyi nailiyyətlərdən, vətəndaş məmnunluğunun və şəffaflığın təmin olunması, idarəçiliyin təkmilləşdirilməsi, elektron xidmətlərin sayının artırılması istiqamətində görülən işlərdən danışılıb.

Şirvan Regional Miqrasiya İdarəsinin rəisi çıxış edərək, miqrasiya orqanları əməkdaşlarının dövlətimizin başçısının rəhbərliyi ilə qarşıya qoyulan tapşırıqların, həvalə edilmiş ümdə vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcəklərinə, dövlətə, xalqa əzm və sədaqətlə xidmət edəcəklərinə əminliyini ifadə edib. Daha sonra Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü münasibətilə və şəhərin ictimai həyatında fəal iştirak etdiklərinə görə Şirvan Regional Miqrasiya Xidmətinin bir qrup əməkdaşı Şirvan Şəhər İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.