REGİONLAR


Şirvanda narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb

Şirvan, 2 dekabr, Aydın Yavərzadə, AZƏRTAC

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı Şirvan şəhər sakini Elçin Qəhrəmanov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Dindirilmə zamanı E.Qəhrəmanov narkotik maddəni tanışı Seymur adlı şəxsdən aldığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə şəhər sakini Seymur Hüseynov da saxlanılaraq istintaqa təqdim olunub. Onun üzərinə keçirilən baxış zamanı isə psixotrop maddə metamfetamin və heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbirləri zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəhər sakinləri Əfqan Bədəlov və Canbulad Nərimanov saxlanılıblar. Onların üzərinə keçirilən baxış zamanı isə hər birindən psixotrop maddə metamfetamin və heroin aşkarlanıb.

Faktlarla bağlı Şirvan ŞPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.