REGİONLAR


Şirvanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan qadın saxlanılıb

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan qadın saxlanılıb

Şirvan, 7 fevral, Aydın Yavərzadə, AZƏRTAC

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən qadın saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Elnarə Həsənzadə saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə keçirilən baxış zamanı müxtəlif çəkilərdə heroin və metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan qadın barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.