REGİONLAR


Şirvanda prokurorluq işçilərinin peşə bayramı qeyd edilib

Şirvan, 2 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 104-cü ildönümü və 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin və Şəhər Prokurorluğunun təşkilatçılığı ilə tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şirvan Şəhər və Hacıqabul Rayon prokurorluqlarının əməkdaşları, veteranlar şəhərin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyublar.

Sonra tədbir şəhər icra hakimiyyətinin iclas zalında davam edib. Şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.

Şirvan şəhər prokuroru Kamal Talıbov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan şəhər polis şöbəsinin rəisi Fizuli Əhmədov ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının rolundan danışıblar.

Tədbirin sonunda Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 104-cü ildönümü və Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Şirvan şəhər prokuroru Kamal Talıbov, Şirvan şəhər prokurorluğunun müstəntiqi Sabir Hüseynli, böyük mütəxəssisi Qalina Hüseynova şəhər icra hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif edilib.

Prokurorluq orqanlarının veteran əməkdaşı, Şirvan şəhər sakini Kamran Ağaverdi oğlu Səmədova Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin təbrik məktubu təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.