REGİONLAR


Şirvanda qanunsuz balıq ovlayan şəxs saxlanılıb

Şirvan, 30 mart, Aydın Yavərzadə, AZƏRTAC

Şirvanda qanunsuz balıq ovu hallarının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Şirvan kanalının şəhər ərazisindən keçən hissəsində aparılan profilaktik-nəzarət tədbirləri zamanı qeyd edilən qanunsuz əməllə məşğul olan N.Abbasəliyev saxlanılıb.

Həmin şəxsdən kustar üsulla hazırlanmış qanunsuz ov qurğuları, eləcə də ovlanmış balıqlar aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı ŞPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.